Menyu

DİN Göyçayda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib

DİN Göyçayda “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirilib
1 dəq oxu

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən tədbir keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Operativ Media-ya bildirilib ki, tədbir zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri onlara izah edilib. Atmosferə normadan artıq tullantı ixrac edən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Əlaqəli Xəbərlər