AZAL mayın 9-dan Parisə uçuşları bərpa edir

Nərmin Qocamanlı
AZAL mayın 9-dan Parisə uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 9-dan Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, aviareyslər həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.

Digər xəbərlər