17 Fevral 2023, 17:07
Aİ Türkiyəyə 5,5 milyon avroluq yardım edib
Aİ Türkiyəyə 5,5 milyon avroluq yardım edib şəkil
Aİ Türkiyəyə 5,5 milyon avroluq yardım edib

Aİ Komissiyası, Aİ-nin Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş Türkiyə və Suriyadakı insanlar üçün indiyə qədər səfərbər etdiyi humanitar yardımla bağlı açıqlama verib.

"Operativ Media" xəbər verir ki, birliyin ilk gündən hərəkətə keçdiyi və zəlzələ qurbanlarına yardımı artırdığı ifadə edilən açıqlamada, 18 Aİ üzvünün Türkiyəyə sığınacaq materialları, qızdırıcılar, generatorlar, mebel, tibbi ləvazimat, gigiyena dəstləri, qida və göndərdiyi bildirilib. 

Bundan əlavə, Belçika, Fransa, İtaliya və Albaniya tibbi qruplar, Hollandiya isə tibbi təxliyə təyyarəsi göndərib.

Açıqlamada, Aİ fövqəladə hal proqramı çərçivəsində Rumıniyada hazır saxlanılan 2 min çadır və 8 min çarpayının Türkiyəyə təslim edildiyi, İsveçdən 2 min 500 çarpayılıq 500 yerləşdirmə vahidinin yola salındığı paylaşılıb.

Açıqlamada bildirilib ki, Aİ-nin Türkiyədə zəlzələdən zərərçəkənlərin ehtiyaclarını ödəmək üçün səfərbər etdiyi humanitar yardımın ümumi məbləği 5,5 milyon avro təşkil edib ki, bunun da 3,2 milyon avrosu yeni fondlardan, 2,3 milyon avrosunun isə Türkiyədən köçürülməsi təmin edilib.

Aİ-nin Suriyaya göndərdiyi yardımın məbləği isə 10 milyon avro olduğu bildirilib.

Son xəbərlər
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib
25 Yanvar 2025, 14:05
Rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Britaniya və İrlandiyada minlərlə hava reysi təxirə salınıb
BDYPİ sürücülərə müraciət edib
Təlim-metodiki toplanış keçirilib
Sabah yağış yağacaq - PROQNOZ
DİN: 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb