http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 7 ° C

Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb

20 Fevral 2023 , 12:31
Şamaxıda evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb

Şamaxı rayonunda yerləşən evlərdən yanvar-fevral aylarında silsilə oğurluqlar edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. 4 evə daxil olan naməlum şəxs ümumi dəyəri 1600 manatdan artıq olan- mobil telefonlar, fotoaparat, planşet, televizor avadanlıqları və digər əşyaları oğurlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Zamir İmanov elə “iş başında” yaxalanıb. Belə ki, sonuncu dəfə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etmək istəyən həmin şəxs tutularaq istintaqa təhvil verilib. O, ifadəsində rayon ərazisindəki yaşayış olmayan daha 40-a yaxın mənzildən oğurluq etdiyini  və əldə etdiklərini yaşadığı evin həyətyanı sahəsindəki tövlədə gizlətdiyini bildirib. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakı istisna edilmədiyindən onun ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Peskov: Putin və Ərdoğan arasında yeni telefon danışığı hələ planlaşdırılmır
  • Dünən
    23:14

    Silahlı qruplar Hələbdə Starlink-ə çıxış əldə ediblər
  • Dünən
    22:53

    Aİ insan haqlarının pozulmasına görə qlobal sanksiyaları bir il müddətinə uzadıb
  • Dünən
    22:36

    Gürcüstan DİN aksiyada zorakılıq halları barədə məlumat yayıb
  • Dünən
    22:21

    Quterreş Suriya ilə bağlı çağırış edib
  • Dünən
    22:06

    Netanyahu: Hizbullah"ın İsraili atəşə tutması atəşkəsin kobud şəkildə pozulmasıdır
  • Dünən
    21:49

    "Telegram"ın işində problemlər yaranıb
  • Dünən
    21:31

    Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı iclasa görə ABŞ-ın proqramını bloklayıb
Menyu