20 Fevral 2023, 12:38
Bu ilin yanvar ayında Azərbaycana gələn turislərin sayı artıb
Bu ilin yanvar ayında Azərbaycana gələn turislərin sayı artıb şəkil
Bu ilin yanvar ayında Azərbaycana gələn turislərin sayı artıb

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, gələnlərin 33,8 %-i Rusiya Federasiyası, 21,1 %-i Türkiyə, 9,3 %-i İran, 5,6 %-i Gürcüstan, 3,4 %-i Hindistan, 3,2 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7 %-i Pakistan, 2,1 %-i Küveyt, hər birindən 1,8 % olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 %-ni kişilər, 22,3 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan - 8,6 dəfə, Türkmənistandan – 5 dəfə, Özbəkistandan – 5 dəfə, Belarusdan - 3,6 dəfə, Çindən - 3,1 dəfə, Qazaxıstandan - 3 dəfə, Küveytdən - 2,9 dəfə, Omandan - 2,2 dəfə, İsraildən - 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 1,9 dəfə, Gürcüstandan - 1,6 dəfə, ABŞ-dan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, Böyük Britaniyadan - 47,6 %, Türkiyədən - 40,7 %, Ukraynadan - 19,8 %, İrandan - 15,6 % artıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 % artaraq 21,3 min nəfər olub.

Son xəbərlər
İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Fərid Səfərli Azərbaycana qaytarılıb - RƏSMİ
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib