Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsi ərazisində “İsuzu” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə 2000 manat pul və mobil telefon, “Ford” markalı digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş R.Səfərov müəyyən olunaraq saxlanılıb.
Bu barədə "Operativ Media"ya DİN mətbuat xidmətindən məlumat verilib.
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cavadxan küçəsində “Hyundai” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Niftəliyev və Xırdalan şəhər sakini A.Mənsimov, 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində* isə Xocəsən qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rzayev müəyyən olunaraq saxlanılıblar.
Hər üç faktla bağlı araşdırmalar aparılır.