Nərimanovda mənzildən oğurluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Nərimanov rayonu ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən* müvafiq araşdırma aparılıb və mənzildən 86.500 manat pul, 1500 manat dəyərində qızıl üzük və 3000 manat dəyərində mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sahib Xudaverdiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net