http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 10 ° C

Terminallar 500 manatlıq əsginasları niyə qəbul etmir? - AÇIQLAMA

21 Fevral 2023 , 14:30
Terminallar 500 manatlıq əsginasları niyə qəbul etmir? - AÇIQLAMA

500 manatlıq əsginaslar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən daha əvvəl mediaya verilmiş məlumata əsasən, 500 manatlıq xatirə pul nişanı məhdud sayda (1 mln. ədəd) istehsal olunub və onun istehsal limitinin artırılması nəzərdə tutulmur.

Bu pul nişanları digər dövriyyə pulları kimi ölkə ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir.

Lakin, "eManat", "MilliÖn" kimi ödəmə terminalları 500 manatlıq əsginasları qəbul etmir. Belə ki, terminallar dövriyyədə olan 1, 5, 10, 20, 50, 100 və 200 AZN-lik əsginasları qəbul edir.

Məsələ ilə bağlı "eManat"ın marketinq üzrə mütəxəssisi Ayşən Həsənova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, buna əsas səbəb 500 manatlıq əsginasların məhdud sayda buraxılmış olması və müştərilərin bu əsginaslara tələbinin az olmasıdır.

"Pasha Pay" İctimaiyyətlə əlaqələr şöbəsinin eksperti Ayla Qasımova da bunun həmin əsginasların məhdud sayda olması və tələbatın az olması ilə əlaqəli olduğunu bildirdi. Həmçinin o qeyd etdi ki, terminalların sistemlərinə yeni əsginasların əlavə edilməsi sadə proses deyil.

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
Zəfər Günü ilə bağlı “Azərbaycanın yeni şəxsiyyət vəsiqələri” sənədli filmi təqdim olunub

Zəfər Günü ilə bağlı “Azərbaycanın yeni şəxsiyyət vəsiqələri” sənədli filmi təqdim olunub

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib

XƏBƏR LENTİ
  • 22:43

    Göyçayda ikimərtəbəli evdə yanğın olub
  • 22:33

    İsrail Hərbi Hava Qüvvələri Beyrut hava limanının ətrafına zərbələr endirib
  • 22:09

    Qurban Qurbanov: "Bodo-Qlimt"in özünə xas olan oyun üslubu var
  • 22:07

    Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib
  • 21:55

    Netanyahu Trampla İrandan gələ biləcək təhlükə məsələlərini müzakirə edib
  • 21:33

    Avropa Liqası: "Beşiktaş" "Malmö"nü məğlub etdi
  • 21:30

    Türk dövlətlərinin xatirə sikkəsi satışa çıxarılır
  • 21:26

    Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb
Menyu