Yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Nərmin Qocamanlı
Yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyitərəfindən yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, onlardan 2724 nəfəri münasib işlərlə təmin edilib, 337 şəxs isə kiçik ailə təsərrüfatlarınıyaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 323 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkiledilib, 14 600-dək şəxsə isə peşəyönümü xidmətləri göstərilib

Digər xəbərlər