22 Fevral 2023, 10:25
Nizami rayonunda sərxoş vəziyyətdə 6 nəqliyyat vasitəsinə qəsdən ziyan vuran şəxs saxlanılıb - VİDEO
Nizami rayonunda sərxoş vəziyyətdə 6 nəqliyyat vasitəsinə qəsdən ziyan vuran şəxs saxlanılıb - VİDEO şəkil
Nizami rayonunda sərxoş vəziyyətdə 6 nəqliyyat vasitəsinə qəsdən ziyan vuran şəxs saxlanılıb - VİDEO

Paytaxtın Nizami rayonunda müxtəlif ünvanlarda saxlanılan avtomobillərə gecə saatlarında naməlum şəxs tərəfindən qəsdən ziyan vurularaq cızılıb.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılan araşdırmalar zamanı həmin şəxsin 6 nəqliyyat vaitəsinə ziyan vurduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ramil Quliyev saxlanılıb. Həmin şəxs ifadəsində hadisələri sərxoş vəziyyətdə törətdiyini bildirib. 

Qeyd edək ki, Ramil Quliyevin nəqliyyat vasitələrinə ziyan vurması binalarının müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, arşdırmalar davam etdirilir.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb