Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda silsilə əməliyyatlar keçirib.
Bu barədə "Operativ Media"ya DİN mətbuat xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Balakən rayonunda qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Tədbir zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat –istintaq tədbirləri davam etdirilir.