22 Fevral 2023, 15:18
Masallıda məktəb direktorunun qanunsuzluqları ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Masallıda məktəb direktorunun qanunsuzluqları ilə bağlı cinayət işi məhkəməyə göndərilib şəkil
Masallıda məktəb direktorunun qanunsuzluqları ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Masallı rayonunun F.Xancanov adına Musaküçə tam orta məktəbində baş vermiş qanunsuzluqlar barədə başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə "Operativ Media"ya Masallı rayon prokurorluğundan məlumat verilib.

İstintaq zamanı məktəbin direktoru İlqar Cahangirovun 20 min 218 manat məbləğində dövlət vəsaitini mənimsəməsi və 11 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. 

İlqar Cahangirova Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313 (vəzifə saxtakarlığı)   və digər maddələrilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Son xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək