http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

STEAM avtobusu ilə bölgələrdə dərslər təşkil edilib - FOTO

22 Fevral 2023 , 15:50
STEAM avtobusu ilə bölgələrdə dərslər təşkil edilib - FOTO

Bölgələrdə Səyyar STEAM klubu vasitəsi ilə dərslər keçirilib.

"Operativ Media" xəbər verir ki, STEAM avtobusu lazım olan tədris vasitələri, robototexnika, təcrübə avadanlıqları ilə təmin edilərək mühəndis və müəllim heyəti ilə təmin olunmaqla, Siyəzən rayonu və ucqar kəndlərinə turlar təşkil edilib.

Layihənin əsas məqsədi şagirdlərdə STEAM bacarığını formalaşdırmaq, şagirdlərə asudə vaxtının səmərəli təşkili, regionda texnoloji bacarıqlara malik gənclrin artması, yeni tədris metodları ilə tanışlıq, region müəllimləri ilə təcrübə mübadiləsidir. 

Siyəzən rayonunun bütün kəndlərindəki şagirdlərimizin yeni tədris yanaşması olan STEAM ilə tanışlığı və layihə əsaslı dərslərin tədrisinə cəlb olunması, əyani resurslarla tanışlıq, mühəndis təfəkkürünü formalaşdırmaq. Bununla modern dünyanın yeniliklərini ucqar kəndlərimizdəki istedadlı şagirdlərə təqdim etməkdir.      
         
Layihə 

  1. Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbində,
  2. M.Müşfiq adına 2 saylı tam orta məktəbində,
  3. Ş.İsmayılov adına 3 saylı tam orta məktəbində,
  4. N.Əsədov adına 4 saylı tam orta məktəbində,
  5. R.Ramazanov adına 5 saylı tam orta məktəbində,
  6. 6 saylı tam orta məktəb-liseyində, 
  7. Yenikənd kənd V.Qasımov adına tam orta məktəbində,
  8. Balaca Həmyə kənd tam orta məktəbində,
  9. Böyük Həmyə kənd tam orta məktəbində,
  10. Gil-Gilçay qəsəbə R.Əbdulrəhimov adına tam orta məktəbində,
  11. Gil-Gilçay stansiya ümumi orta məktəbinin şagirdlərini əhatə edib

Şagirdlər Makeblok MBot Ranger Robotları üzərindən ultrasonik sensorun işləmə prinsipinin öyrənmiş, məsafənin ölçülməsi və maneələrdən yayınma bacarıqlarına yiyələniblər. Şagirdlər STEAM əsaslı dərsdə ultrasonic sensor vasitəsilə məsafəni teyin etməyi və blok kodlaşdırma vasitəsilə mbotu kodlaşdırmağı öyrəndilər. Nəticədə tələbələr ultrasonic sensor vasitəsilə maneədən yayınan robotu hazırlamağı bacardılar. Dərsdə şagirdlər həmçinin kodlaşdırma bacarıqlar, riyaziyyat, fizika və texnologiya fənlərinin əlaqəli öyrənilməsi və həyatda tətbiqini mənimsəyiblər.
Bütövlükdə dərslərdə 180 nəfərdən çox şagird iştirak edib.

Qeyd edək ki, STEAM təhsildə istifadə olunan yeni yanaşmalardan biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, birlikdə əlaqaləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Şagirdlərdə XXI əsr bacarıqlarının formalaşdırılması və inkişafı üçün təhsildə STEAM yanaşması çox vacibdir. Məhz bu yanaşmanın bütün Azərbaycan məktəblərini əhatə etməsi də artıq prioritet halına gəlib. Paytaxt məktəblərində bu yanaşmanın icrası  qismən aparılsa da, bölgə məktəblərində, ucqar kəndlərdə şagirdlərə STEAM yönümlü dərslərin keçirilməsi, elmin toxunaraq öyrənilməsi demək olar ki, əlçatan deyil. Bu gün Azərbaycan təhsilində peşəyönümlü siniflərin açılması, şagirdləri bu sahəyə yönləndirilməsi təqdirəlayiq haldır. Günümüzün prioritet peşələri mühəndisliyin müxtəlif sahələridir. Bunun üçün də ucqar kəndlərimizdə bu sahənin inkişaf etdirilməsi, diqqətdən kənar qalan şagirdlərin həvəsləndirilməsi Azərbaycan təhsili üçün faydalı olacağına ümid edirik.   

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu