Kürdəmirdə sərxoş halda avtomobil idarə edən şəxsdən narkotik vasitə aşkar edilərək götürülüb

Nərmin Qocamanlı
Kürdəmirdə sərxoş halda avtomobil idarə edən şəxsdən narkotik vasitə aşkar edilərək götürülüb

Fevralın 22-də saat 1 radələrində Kürdəmir rayonu ərazisində “Toyota” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yoxlama nəzarət qaydasında saxlanılıb.

Bu barədə "Operativ Media"ya DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sürücü - Bakı şəhər sakini Rəşid Abidovun avtomobili sərxoş halda idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsi ilə inzibati protokol tərtib olunub və o, Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib.

Polis Şöbəsində şəxsi axtarış zamanı R.Abidovdan marixuana da aşkar olunaraq götürülüb. 

Araşdırma aparılır.

Digər xəbərlər