http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

FHN Rentgen və kompüter-tomoqrafiya müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

23 Fevral 2023 , 10:50
FHN Rentgen və kompüter-tomoqrafiya müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

Əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizəsi məqsədilə respublika ərazisində ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən müntəzəm şəkildə nəzarətdə saxlanılır.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-nin saytında yer alan məlumatda bidirilib.

Bu çərçivədə müvafiq fəaliyyət növünə aid edildiyi üçün ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına “xüsusi icazə” tələb olunur. Belə icazələr ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər təmin edildiyi halda verilir. Qeyd edək ki, tibb müəssisələrində mövcud olan rentgen və kompüter-tomoqrafiya aparatları bu kimi qurğulara daxil olduğundan yalnız “xüsusi icazə”si olan müəssisələrin təqdim etdikləri bu tibbi xidmətlər təhlükəsiz və etibarlı hesab olunur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi və sağlamlığın qorunması məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız müvafiq “xüsusi icazə”yə malik tibb müəssisələrinə müraciət edilməsini tövsiyə edir. Belə icazələr verilmiş tibb müəssisələrinin siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000) tanış olmaq, yaxud belə icazənin mövcudluğunu sübut edən müvafiq sənədi bu kimi tibbi xidmət üçün müraciət edilən tibb müəssisəsindən tələb etmək olar.

Həmçinin, Fövqəladə Hallar Nazirliyi bir daha xatırladır ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə”  əsasında istifadə edə bilərlər. Əks halda, həmin müəssisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu