http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi Ümumdünya Sammiti çərçivəsində keçirilən müsabiqənin qalibləri olub

23 Fevral 2023 , 11:47
E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi Ümumdünya Sammiti çərçivəsində keçirilən müsabiqənin qalibləri olub

E-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi Ümumdünya Sammiti çərçivəsində keçirilən müsabiqənin qalibləri olub.

"Operativ Media" xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Hər iki innovativ uğur müxtəlif ölkələrdən 360 layihənin iştirak etdiyi beynəlxalq müsabiqənin “Çempion layihələr”i seçilib. BMT-nin İKT üzrə   ixtisaslaşmış qurumu olan Beynəlxalq   Telekommunikasiyaİttifaqının Cenevrədə   (İsveçrə) keçiriləcək “İnformasiya   Cəmiyyəti   üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində keçirilən müsabiqənin qalibləri açıqlanıb.

Müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 360 layihə iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan e-sosial.azportalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) bu beynəlxalq müsabiqədə iki ayrıkateqoriya üzrə qalib gəlib və müsabiqənin “Çempion layihələri”i seçilib.

Bununla da Azərbaycan sosial sahədə İKT-nin tətbiqi üzrə uğurlu təcrübələrinəgörə növbəti beynəlxalq uğurlara imza atıb.

2019-cu ildən istifadəyə verilən e-sosial.az internet portal ölkənin sosial reyestriolmaqla,   vətəndaşlara onlar barədə toplanmış bütün   sosial məlumatlara real vaxtrejimində çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

“Android” və “İOS” sistemlərində də fəaliyyət göstərən portala ötən dövrdə 67milyon 645  min  müraciət  olub, portalda qeydiyyatdan keçən aktiv istifadəçi sayı  daartaraq 1 milyon 300 minə çatıb.

ƏMAS isə 2022-ci ilin may ayında istifadəyə verilib və vahid əmək münasibətləri platformasıdır.

Bu altsistem vasitəsilə əmək münasibətləri   zamanı kağız üzərindəaparılan bütün əməliyyatların elektron müstəviyə keçidi, həmçinin əmək müqavilələrininkağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi təminolunur. Məşğulluq xidmətlərinin daha çevik və əlçatan olmasına imkan yaradan ƏMAS-da ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işədüzəlmədə vasitəçilik üzrə vahid reyestri və s. də əhatə edir.

Hazırda 193 ölkənin, habelə çoxsaylı akademik institutların, özəl şirkətlərin üzvolduğu BTİ-nin  İnformasiya Cəmiyyəti  üzrə Ümumdünya  Sammiti aktual  məsələlərin müzakirə və konsensus əsasında həll edildiyi qlobal forumdur.
Bu qlobal sammit həmçinin İKT inkişafına dəstək verir, informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya və qabaqcıl təcrübələrin mübadiləsi üçün unikal imkanlar yaradır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
Menyu