http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Xorvatiyada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

23 Fevral 2023 , 12:12
Xorvatiyada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Fevralın 22-də Azərbaycanın Xorvatiyadakı Səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. 

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, konfransda Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri və Parlamentinin üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, AR Baş Prokurorluğunun nümayəndəsi, Ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq ekspertlər, Xorvatiyada yaşayan Azərbaycanlılar və digər şəxslər iştirak etmişdir.

Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edən səfir Anar İmanov, Xocalı soyqırımı barədə ətraflı məlumat verərək hər il fevralın 26-da dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, Azərbaycan  tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri işlərin görüldüyünü bildirmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov konfransda çıxış edərək tədbir iştirakçılarına Xocalı soyqırımı, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müxtəlif terror aktları, 1-ci Qarabağ müharibəsi dövründə törədilmiş qətliamlarla bağlı faktlar təqdim etmiş, habelə 2-ci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlər barədə ətraflı məlumat vermişdir.

Bundan başqa, tədbirdə iştirak edən şəxslər Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən pislənməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd etmişlər.

Tədbirdə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmiş və “Xocalıya ədalət” kampaniyası çərçivəsində nəşr olunmuş bukletlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu