Menyu

Gürcüstana 200 kq heroin keçirən iranlı həbs olunub

Əsəd Abbaslı
Gürcüstana 200 kq heroin keçirən iranlı həbs olunub

İrandan Azərbaycan vasitəsilə Gürcüstana yük maşınında 200 kiloqram heroin keçirmiş əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Operativ Media xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi qərarla Gürcüstanın Baş Prokurorluğunun vəsatətini təmin edib.

Təqsirli bilinən İran vətəndaşının vəkili yerli mediaya açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs özünü günahkar bilmir, belə ki, nə yük maşını, nə də yük ona aid olub.

İstintaqla yükün Bolqarıstana ixrac üçün nəzərdə tutulduğu müəyyən edilib.

Xatırladaq ki, külli miqdarda narkotik vasitə Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində balıq yemi ilə yüklənmiş yük maşınına keçirilmiş baxış zamanı 8 kisədə aşkarlanıb.

Müsadirə edilmiş narkotik vasitənin “qara bazar”da dəyəri 50 milyon dollardan çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər