Günəşdə güclü partlayış baş verib
Əsəd Abbaslı
Sentyabrın 28-də Günəşdə güclü partlayış baş verib.
Operativ Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilir ki, partlayış Moskva vaxtı ilə saat 11:40-də (Bakı vaxtı ilə saat 12:40 - red.) qeydə alınıb.
Patlayışın M6.4 səviyyəsində olduğu qeyd edilir.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net