Tramp kilsədəki atışmaya münasibət bildirib

Əsəd Abbaslı
Tramp kilsədəki atışmaya münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp Ağ Evin “Truth Social” səhifəsində Miçiqan kilsəsində baş verən atışma ilə bağlı ona məlumat verildiyini bildirib.

Operativ Media xəbər verir ki, o, FTB agentlərinin dərhal hadisə yerinə gəldiyini və federal təhqiqata rəhbərlik edəcəklərini, əyalət və yerli məmurlara hərtərəfli dəstək verəcəklərini bildirib .

"Bu, Amerika Birləşmiş Ştatlarında xristianlara qarşı növbəti hədəflənmiş hücum kimi görünür. Ağ Ev həmişə etdiyimiz kimi ictimaiyyəti məlumatlandıracaq", - Tramp yazıb.

O əlavə edib ki, “ölkədə zorakılıq epidemiyası dərhal dayandırılmalıdır”.

Sentyabrın 28-də Miçiqan ştatında Mormon kilsəsində atışma baş verib, 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Kilsə binası yandırılıb. Hadisənin motivi məlum deyil.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Digər xəbərlər