Özbəkistana gələn turistlərin sayı kəskin artıb
2025-ci ilin yanvar-iyul aylarında 6,3 milyon nəfərdən çox əcnəbi Özbəkistana turizm məqsədi ilə gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Statistika Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkəyə turist axını əsasən Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyadan olub. Avropa ölkələrindən gələnlərin sayı azdır.
Hesabat dövründə 1 turist orta hesabla 403 dollar xərcləyib. Yanvar-iyul aylarında turizm xidmətlərinin ümumi həcmi 2,5 milyard dolları ötüb.
Rusiya - 663,3 min nəfər
Əfqanıstan - 304,5 min nəfər
Türkmənistan — 243,5 min nəfər
Çin — 135,4 min nəfər
Türkiyə — 113,1 min nəfər
Hindistan — 42,2 min nəfər
Koreya Respublikası - 30 min nəfər
Digər ölkələr - 349,8 min nəfər.