Menyu

İsveç Danimarkanı dron əleyhinə sistemlərlə təmin edəcək

Şəfa Hüseynli
İsveç Danimarkanı dron əleyhinə sistemlərlə təmin edəcək
1 dəq oxu

İsveç Silahlı Qüvvələri Danimarkanı dron əleyhinə sistemlərlə təmin edəcək.

Operativ Media xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qarşıdan gələn Aİ-nin Kopenhagen sammiti zamanı təhlükəsizliyin gücləndirilməsi barədə qərar qəbul edilib.

Aİ sammiti ilə əlaqədar Danimarkanın  hava məkanı 29 sentyabr - 3 oktyabr tarixlərində mülki pilotsuz təyyarələr üçün bağlanacaq. 


Şəfa Hüseynli

Əlaqəli Xəbərlər