Kamçatka sahillərində güclü zəlzələ baş verib
Əziz Əzizli
Mütəxəssislər Rusiyanın şərqindəki Kamçatka yarımadasının sahillərində 6,1 bal gücündə yeraltı təkan qeydə alıblar.
Operativ Media-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin regional mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 5 bal intensivliyə qədər zəlzələni diyarın mərkəzinin sakinləri hiss edə biliblər.
"Petropavlovsk-Kamçatskidən məsafə: 98 km. Dərinlik: 48 km. Maqnituda: 6.1. Məlumatlara əsasən, zəlzələ regional paytaxtın müxtəlif ərazilərində 5 bal gücündə hiss olunub", - məlumatda deyilir.
Regional fövqəladə hallar naziri Sergey Lebedev sunami təhlükəsinin olmadığını bəyan edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net