Menyu

İndoneziyada məktəb binası uçub

Şəfa Hüseynli
İndoneziyada məktəb binası uçub
1 dəq oxu

İndoneziyanın Şərqi Yava şəhərində Əl Xozini İslam internat məktəbinin binası uçub.

Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, bir şagird ölüb, 65 nəfər isə dağıntılar altında qalıb.

Onlardan bəziləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır.



Şəfa Hüseynli

Əlaqəli Xəbərlər