Rusiya raketlərə reklam yerləşdirməyə başlayır

Şəfa Hüseynli
Rusiya raketlərə reklam yerləşdirməyə başlayır

Rusiya Prezidenti Vladimir Putin “Roskosmos”a raketlər, peyklər və kosmik infrastruktur obyektlərində reklam yerləşdirmək hüququ verən qanunu imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Buna əsasən, reklamçı kosmik obyektin sahibi ilə müqavilə bağlayır. Tərəflərdən biri Rusiya adından mülkiyyət hüquqlarını həyata keçirən dövlət orqanları və ya təşkilatlar ola bilər.

Ödənişlərin məbləği və müddəti Rusiya hökuməti tərəfindən müəyyən edilir və bütün gəlirlər federal büdcəyə daxil olur.

Roskosmosun hesablamalarına görə, kosmik avadanlığın reklamı ildə 200 milyon rubla qədər, kosmik infrastruktur obyektlərindəki xarici reklam isə ildə 5 milyon rubla qədər gəlir əldə edə bilər. Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Şəfa Hüseynli

Digər xəbərlər