Milan şəhər şurası San Siro stadionunun "İnter" və "Milan"a satılmasını təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Bildirilib ki, sövdələşmənin dəyəri 197 milyon avrodur.
Məlumata görə, Milanın klubu - "İnter" və "Milan"ın ev oyunlarını növbə ilə "San Siro"da keçirdikləri üçün bütün stadionu satın almağı və onun yerində müasir arena tikməyi planlaşdırdığı barədə xəbərlər yayılmışdı.
Bildirilir ki, hazırkı stadionun yenidən qurulması texniki cəhətdən çətin və səmərəsiz hesab edilib. Buna görə də klublar yeni stadionun tikintisi təşəbbüsü ilə çıxış ediblər. Yeni arenanın tikintisinə 2027-ci ildə başlanacağı və 2031-ci ildə başa çatdırılacağı gözlənilir.
Qeyd edək ki, San Siro stadionu ilk dəfə 1926-cı ildə istifadəyə verilib və bu günə kimi İtaliya futbolunun simvollarından biri olaraq qalır.
Şəfa Hüseynli