Əfqanıstanda televiziya kanalları qadağan edilib

Şəfa Hüseynli
Əfqanıstanda televiziya kanalları qadağan edilib

Əfqanıstanda internet və telekommunikasiya xidmətlərinə ümummilli məhdudiyyətlərdən sonra əksər televiziya kanallarının fəaliyyəti məhdudlaşdırılıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, "TOLO", "Lemar", "TOLOnews", "Shamshad", "Tamadon" və bir sıra başqa telekanallar əvvəllər onlayn yayımlanan proqramlarını qadağan edilib. Yalnız Talibanın nəzarətində olan "Radio Television Afghanistan (RTA)", "Maarif" və "RTA Sport" kimi kanallar hələ də onlayn yayımlanır.

Ölkədə internetin bağlanması Moby Group-un "TOLOnews", "TOLO", "Lemar", "Arman" və "Arakozia" telekanallarının fəaliyyətinə ciddi təsir göstərib. İnternet və telekommunikasiya xidmətlərinin dayandırılması barədə qərar Talibanın nəzarətində olan Əfqanıstan Telekommunikasiya Tənzimləmə Agentliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qəbul edilib.


Şəfa Hüseynli

Digər xəbərlər