ABŞ Rusiya sərhədinə P-8 poseidon kəşfiyyat təyyarəsini yerləşdirib
Şəfa Hüseynli
ABŞ Norveçə "P-8 Poseidon" sualtı qayıq əleyhinə təyyarələr yerləşdirib.
Operativ Media xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Bildirilib ki, Pentaqon Danimarka, Polşa və Norveçdəki pilotsuz təyyarə insidentləri, habelə NATO ölkələrinin sualtı kabel və boru kəmərlərində baş verən təhlükənin Rusiyadan gəldiyi ehtimal edir.
Qeyd edək ki, boeing P-8 Poseidon patrul missiyalarını yerinə yetirə bilən sualtı qayıqlara qarşı döyüş təyyarəsidir. O, ABŞ da daxil olmaqla bir sıra NATO ölkələri ilə xidmətdədir. Onun uçuş məsafəsi 8000 km-dən çoxdur və müxtəlif gəmi və sualtı qayıq əleyhinə silahları daşıya bilir.
Şəfa Hüseynli
Teqlər:
"AB\u015e Rusiya s\u0259rh\u0259din\u0259 P-8 poseidon k\u0259\u015ffiyyat t\u0259yyar\u0259sini yerl\u0259\u015fdirib"