Menyu

Prada brendi Versace-ni satın alır

Şəfa Hüseynli
Prada brendi Versace-ni satın alır

İtaliyanın dəbdəbəli geyim istehsalçısı "Prada", "Versace" brendini Amerikanın Capri Holdings qrupundan alacaq.

Operativ Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.

Avropa Komissiyası 1,24 milyard avroluq müqaviləni təsdiqləyib. Qiymətləndirilib ki, iki lüks brendin birləşməsi Avropa bazarında rəqabəti pozmayacaq.

Razılaşma, dəbdəbəli mallar bazarındakı böhranın və son aylarda ABŞ-nin idxal rüsumlarının artmasının təsirinə məruz qalan əhəmiyyətli dərəcədə azaldılmış qiymətə baş tutub. 

Bildirilib ki, fransız qrupları son illərdə Gucci , Fendi və Bottega Veneta kimi bir sıra italyan brendlərini alıblar .

Qeyd edək ki, 1978-ci ildə qurulan Versace moda evi uzun illər ailə biznesi idi. 1997-ci ildə onun qurucusu Canni Versacenin öldürülməsindən sonra onun bacısı Donatella Versace rəhbərlik edirdi.


Şəfa Hüseynli

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər