Menyu

Tramp Si Cinpinlə dörd həftədən sonra görüşəcək

Əsəd Abbaslı
Tramp Si Cinpinlə dörd həftədən sonra görüşəcək
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin ilə planlaşdırılan görüşü barədə məlumat paylaşıb.

Operativ Media xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, görüş dörd həftədən sonra keçirilməlidir.

Ağ Ev rəhbərinin sözlərinə görə, görüşün əsas mövzusu soya istehsal edən amerikalı fermerlərin problemləri olacaq.

Əlaqəli Xəbərlər