Kolumbiya prezidenti İsrail diplomatlarını ölkədən çıxaracaq
Şəfa Hüseynli
Kolumbiya prezidenti Qustavo Petro bəyan edib ki, Kolumbiya İsraillə azad ticarət sazişini ləğv edəcək və yəhudi diplomatları ölkədən çıxaracaq.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Petronun sözlərinə görə, bütün İsrail diplomatik heyəti ölkəni tərk edəcək. Buna səbəb isə İsrailin Qəzza zolağına humanitar yardım aparan “Sumud” (“Müqəddəs Flotilla”) gəmilərini ələ keçirməsidir. Humanitar yardım aparan gəminin göyərtəsində iki Kolumbiya vətəndaşı olub. İsrail tərəfinin ümumilikdə 70-ə yaxın fəalı saxladığı bildirilir.
Şəfa Hüseynli
Teqlər:
"Kolumbiya prezidenti \u0130srail diplomatlar\u0131n\u0131 \u00f6lk\u0259d\u0259n \u00e7\u0131xaracaq"