Kremldə Fransa sahillərində saxlanılan tankerin Rusiya əleyhinə sanksiyalar paketinə daxil olan neftin növü barədə məlumat yoxdur.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib .
Kreml sözçüsünə görə, Parisin hərəkətləri istənilən mənşəli beynəlxalq enerji nəqli kanallarını ciddi şəkildə təhlükə altına qoyur.
Oktyabrın 1-də "Reuters" xəbər verib ki, Fransa hakimiyyəti Rusiyaya qarşı sanksiya məhdudiyyətlərinə məruz qalan "Boracay" neft tankerini saxlayıb. Tankerin iki ekipaj üzvü dəniz qanunlarını pozmaqda şübhəli bilinərək saxlanılıb.