Menyu

Rusiya Çin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Əsəd Abbaslı
Rusiya Çin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək
1 dəq oxu

Rusiya Pekinin son analoji qərarına cavab olaraq Çin Xalq Respublikasının vətəndaşları üçün vizasız rejim tətbiq edəcək.

Operativ Media-nın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" klubunun plenar iclasında deyib.

"Bizim cavabımıza gəlincə, mən bunu Pekində artıq demişəm, biz hər şeyi güzgü effekti ilə edəcəyik", - Rusiya lideri əmin edib.

Xatırladaq ki, Çin sentyabrın 15-dən adi pasportu olan Rusiya vətəndaşları üçün 30 günə qədər vizasız rejim tətbiq edib.

Əlaqəli Xəbərlər