Menyu

Türkiyədə fabrikdə 32 nəfər qazdan zəhərlənib

Əziz Əzizli
Türkiyədə fabrikdə 32 nəfər qazdan zəhərlənib

Türkiyənin Bartın şəhərində 1 000 işçinin çalışdığı kauçuk məmulatları fabrikinin 32 əməkdaşı yeni alınan avadanlığın qazından zəhərləniblər.

Bu barədə Operativ Media yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, onlarda ürəkbulanma, qusma, başağrısı müşahidə olunub. Zərərçəkənlər təcili yardım və şəxsi avtomobillərlə şəhərdəki xəstəxanalara çatdırılıblar. Onlardan 26-sı tibbi müdaxilələrdən sonra buraxılıb.

Qeyd edilir ki, hazırda altı işçinin müalicəsi davam edir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər