Münhen hava limanında bir neçə dron aşkarlandığı üçün uçuşlar dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə hava limanının saytı məlumat yayıb.
"Oktyabrın 2-də axşam saatlarında Almaniya Hava Hərəkəti İdarəsi Münhen hava limanında bir neçə pilotsuz uçuş aparatının müşahidə olunmasına görə əvvəlcə uçuşları məhdudlaşdırıb, daha sonra isə tamamilə dayandırıb. Nəticədə həmin axşam 17 reys Münhendən yola düşə bilməyib və bu, təxminən 3000 sərnişinə təsir edib", – məlumatda qeyd edilib.
Bildirilib ki, gələn 15 reys Almaniya və Avstriyanın digər şəhərlərinə yönləndirilib.