Ağ Ev işçilərinin təxminən üçdə birini işdən çıxaracaq

Əziz Əzizli
Ağ Ev işçilərinin təxminən üçdə birini işdən çıxaracaq

Ağ Ev ABŞ federal hökumətinin qismən bağlanması səbəbindən işçilərinin təxminən üçdə birini ixtisar etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə məlumat cümə axşamı qurumun rəsmi saytında dərc olunmuş planda əksini tapıb.

Sənədə əsasən, Ağ Evin 1733 əməkdaşından 554 nəfər müvəqqəti olaraq işə çıxmayacaq. Qalan əməkdaşlar isə fəaliyyətlərini davam etdirəcəklər.

Plana görə, əvvəllər sahibkar İlon Maskın nəzarətində olan ABŞ Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) bağlanmadan təsirlənməyəcək. Onun 45 əməkdaşının hamısı işləməyə davam edəcək. Ağ Evin İdarəetmə və Büdcə İdarəsi isə 530 əməkdaşından 437-ni saxlayacaq ki, bu da qurumun bütün departamentləri arasında ən yüksək göstəricidir.

Digər xəbərlər