Münhen hava limanı dron insidentindən sonra fəaliyyətini bərpa edib
Şəfa Hüseynli
Münhen Beynəlxalq Hava Limanı bir neçə naməlum dron aşkar edildiyi üçün fəaliyyətini dayandırdıqdan sonra fəaliyyətini bərpa edib.
Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, təxminən 3000 sərnişin səyahət planlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb. Yüzlərlə insan hava limanındakı düşərgə çarpayılarında gecələmək məcburiyyətində qalıb, onlara yemək və içkilər verilib. 17 təyyarə Münhendən yola düşə bilmədi, daha 15 təyyarə isə digər hava limanlarına - Vyana, Nürnberq, Ştutqart və Frankfurt-Maynə yönəldilib.
Şəfa Hüseynli
Teqlər:
"M\u00fcnhen hava liman\u0131 dron insidentind\u0259n sonra f\u0259aliyy\u0259tini b\u0259rpa edib"