HƏMAS bütün israilli girovları azad etməyə razılaşıb

Əziz Əzizli
HƏMAS bütün israilli girovları azad etməyə razılaşıb

Fələstinin Həmas hərəkatı Donald Trampın Qəzza münaqişəsinin nizamlanması planına cavabını vasitəçilərə təqdim etdiyini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bəyanatda radikallar anklavda saxlanılan bütün sağ israilli girovları azad etməyə və ölənlərin cəsədlərini təhvil verməyə hazır olduqlarını bildiriblər.

“HƏMAS bütün sağ girovları azad etməyə və ABŞ prezidentinin müəyyən etdiyi plana uyğun olaraq, mübadilə üçün münasib şərait təmin edildiyi halda ölülərin cəsədlərini qaytarmağa razıdır”, – hərəkatın Telegram kanalında dərc olunan açıqlamada qeyd olunub.

Radikallar həmçinin “bu məsələni müzakirə etmək üçün dərhal vasitəçilər vasitəsilə danışıqlara başlamağa” hazır olduqlarını vurğulayıblar.

Digər xəbərlər