Əfqanıstanda universitet müəllimlərinə smartfonlardan istifadə qadağan edilib
Şəfa Hüseynli
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ali təhsil müəssisələrinə daha bir məhdudiyyət tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə "Afganistan International" məlumat yayıb.
Bildirilib ki, smartfonlardan istifadə “işi çətinləşdirir və diqqəti yayındırır”. Bu səbəbdən universitet və kolleclərin professor-müəllim heyətinə, həmçinin dördüncü səviyyədən aşağı olan inzibati heyətə iş saatlarında telefon gətirmək və istifadə etmək qəti qadağandır.
Bundan əlavə, dördüncü səviyyədən yuxarı vəzifələrdə olanlara da smartfonlardan istifadəni tədricən azaltmaq tövsiyə olunur.
Şəfa Hüseynli
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net