Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edib

Şəfa Hüseynli
Ukrayna Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 4-də Rusiyaya qarşı yeni sanksiyalar paketini imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, bu sanksiyalar müxtəlif sahələri əhatə edir:

Birinci sanksiyalar paketi müddəti bitmək üzrə olan əvvəlki sanksiyaların uzadılması ilə bağlıdır. Bu, əsasən rusiyalı biznesmenlərə və onların Putinə yaxın sistemlərlə əlaqələrinə yönəlib.

İkinci paket Rusiyanın hərbi sənayesinə, xüsusilə pilotsuz təyyarələr və onların ehtiyat hissələri istehsalçılarına qarşı sanksiyalardır.

Üçüncü sanksiya dəsti Rusiyanın neft sənayesi ilə əlaqəli şəxsləri və şirkətləri hədəf alır.

Ukrayna lideri bildirib ki, ölkə sanksiyalar təzyiqini davam etdirəcək və bununla bağlı beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə çalışacaq.


Şəfa Hüseynli

Digər xəbərlər