Menyu

Kobaxidze Tbilisidəki iğtişaşlarda Aİ səfirini günahlandırıb

Şəfa Hüseynli
Kobaxidze Tbilisidəki iğtişaşlarda Aİ səfirini günahlandırıb
1 dəq oxu

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, Tbilisidəki iğtişaşlarda Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinskinin də günahı var.

Operativ Media xəbər verir ki, bu barədə Kobaxidze brifinqdə deyib.

"Bilirsiniz ki, bəzi əcnəbilər hətta konstitusiya quruluşunu devirmək cəhdini birbaşa dəstəkləyiblər, o cümlədən Aİ nümayəndəsi. Bu fonda Aİ-nin Gürcüstandakı səfiri bunun üçün xüsusi məsuliyyət daşıyır", - Kobaxidze brifinqdə vurğulayıb.


Şəfa Hüseynli

Əlaqəli Xəbərlər