“Tomahawk” raketlərinin tədarükü Rusiya-ABŞ münasibətlərini poza bilər
Əsəd Abbaslı
Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri verməsi ehtimalına sərt reaksiya verib.
Operativ Media xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
Putinin sözlərinə görə, bu silahların Ukraynaya tədarükü Moskva və Vaşinqton arasında “müsbət tendensiyaların dağılmasına” səbəb olacaq.
“Bu məsələ ilə bağlı heç bir məqsədim yoxdur, sadəcə fikrimi deyirəm. Hazırda ABŞ ilə əlaqələrdə müəyyən pozitiv meyllər var, lakin ‘Tomahawk’ kimi uzaqmənzilli, yüksək dəqiqlikli silahların tədarükü bu münasibətləri məhv edə bilər. Bundan sonrakı gedişat bizdən asılı olmayacaq”, – Putin bildirib.
Rusiya lideri əlavə edib ki, Moskva vəziyyəti izləyəcək və qərarlarını hadisələrin inkişafına uyğun şəkildə verəcək.
Teqlər:
"\u201cTomahawk\u201d raketl\u0259rinin t\u0259dar\u00fck\u00fc Rusiya-AB\u015e m\u00fcnasib\u0259tl\u0259rini poza bil\u0259r"