Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında hakimiyyəti ötürməkdən imtina edərsə, tamamilə məhv ediləcək.
Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CNN telekanalına müsahibəsində bildirib.
O bəyan edib ki, bundan sonra HƏMAS "tamamilə məhv"lə üzləşəcək.
Tramp hərəkatın, həqiqətən, sülhə sadiq olub-olmamasının tezliklə aydınlaşacağını deyib: "Mənim atəşkəs təklifim reallığa çevriləcək. Buna nail olmaq üçün hər cür səy göstərirəm".
Oktyabrın 3-də HƏMAS Trampın planına uyğun olaraq bütün girovları azad etməyə hazır olduğunu bildirib. Hərəkat həmçinin Qəzza zolağının idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyətə təhvil verməyə razılaşıb. ABŞ prezidentinin Qəzza zolağının gələcəyi bildirilir.