Etirazçılar Tbilisinin mərkəzində küçəni bağlayıblar
Əsəd Abbaslı
Etirazçılar Tbilisidə Gürcüstan parlamentinin yaxınlığındakı Rustaveli prospektini bağlayıblar.
Operativ Media xəbər verir ki, oktyabrın 5-də müxalifət tərəfdarlarının çağırışı ilə minə yaxın sakin Gürcüstan parlamenti yaxınlığında toplaşıb.
Etirazçılar ölkənin, eləcə də Avropa İttifaqının və Ukraynanın bayraqlarını dalğalandırıblar .
Aksiya başlayandan bir saat sonra onlar Rustaveli prospektinə çatıb və nəqliyyatın hərəkətini dayandırıblar.
Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçirilib. Vətəndaşlar şəhər və bələdiyyə merlərini və şəhər şurasının üzvlərini seçiblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net