Menyu

Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təlimini izləyib

Nərmin Qocamanlı
Kərim Vəliyev Türkiyədə “Atəş Sərbəst-2025” təlimini izləyib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. 

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

Teqlər:

"K\u0259rim V\u0259liyev T\u00fcrkiy\u0259d\u0259 \u201cAt\u0259\u015f S\u0259rb\u0259st-2025\u201d t\u0259limini izl\u0259yib"

Əlaqəli Xəbərlər