Menyu

Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olunub

Şəfa Hüseynli
Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olunub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin direktoru general-mayor Choi Chun-songun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Operativ Media-ya  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun Baş qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hər iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-mayor C.Chun-song isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib. Əlaqələrimizin daha da gücləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər