Müdafiə Nazirliyinin sanatoriyasının rəisi saxlanılıb - YENİLƏNİB 1

Operativ Media
Müdafiə Nazirliyinin sanatoriyasının rəisi saxlanılıb - YENİLƏNİB 1

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin İstirahət evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bununla bağlı müvafiq istintaq hərəkətlərinin aparılması, hadisəyə hüquqi qiymət verilməsi və qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib. 

İ.Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb. 

19:20 

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib. 

Operativ Media xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsində verilib.  Həbs qətimkan tədbirinin müddəti 2 ay 20 gündür. 

Qeyd edək ki, İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur. 

17:13 

Müdafiə Nazirliyinin Sanatoriyasının rəisi saxlanılıb. 

Operativ Media APA-ya istinadən xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb. 

Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rü.vət) maddəsi üzrə cinayət işi açılıb.

Digər xəbərlər