Paytaxtda silsilə cinayət hadisələri törədən şəxs saxlanılıb
Operativ Media
Bakının Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Operativ Media verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu oğurladığı da məlum olub.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net