Menyu

Putin nüvə silahının sınaqlarına hazırlıq barədə təkliflər tələb edib

Operativ Media
Putin nüvə silahının sınaqlarına hazırlıq barədə təkliflər tələb edib

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, xüsusi xidmətlər və mülki nazirliklərə nüvə silahının sınaqlarına hazırlıq imkanları barədə təkliflər hazırlayıb təqdim etməyi tapşırıb.

Operativ Media xəbər verir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə bildirib.

Rusiya dövlət başçısı Təhlükəsizlik Şurasına məlumat toplamağı, təhlil aparmağı və nüvə sınaqlarına hazırlıq işlərinin mümkün başlanması ilə bağlı təkliflər təqdim etməyi tapşırıb.

Rusiya müdafiə naziri xəbərdarlıq edib ki, ABŞ yeni qitələrarası raket, strateji sualtı qayıq və buraxılış qurğuları hazırlamağı planlaşdırır.

Əlaqəli Xəbərlər