Menyu

Türkiyənin Milli Müdafiə naziri Azərbaycana gəlib - FOTO

Operativ Media
Türkiyənin Milli Müdafiə naziri Azərbaycana gəlib - FOTO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qardaş Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etmək və rəsmi tədbirlərdə iştirak etmək üçün Bakıya səfər edib.

Operativ Media xəbər verir ki, rəsmi şəxsləri Bakıda Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər şəxslər qarşılayıblar.

Səfərdə onunla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti – Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və Hərbi Dəniz Qüvvələri komandanı oramiral Ercüment Tatlıoğlu da iştirak edirlər.

Fotogalereya

Əlaqəli Xəbərlər